Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Aqil Məmmədov və YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Başlıbel sakinləri ilə görüş keçirib.
12 yanvar 2023 | 17:10
Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən görüşdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Başlıbel kəndinin ağsaqqalları, ziyalılar, Başlıbel kənd sakinləri, Kəlbəcər RİH-nin əməkdaşları iştirak edib.
Görüşdə ilk öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda Şəhid olan həmvətənlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən natiqlər, kənd sakinləri görüşün əhəmiyyətindən söz açaraq, Başlıbellilərin sağalmaz yarası olan Başlıbel faciəsindən söz açaraq bu faciənin insanlığa və bəşəriyyətə qarşı törədilmiş bir cinayət olduğunu bildirmişdirlər.Eyni zamanda qeyd olunmuşdur ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və dəmir yumruğu hesabına, rəşadətli orumuzun qəhrəmanlığı ilə silahlı qüvvələrimiz 44 günlük şanlı Zəfər tarixi yazmış və düşmən tapdağında olan torpaqlarımız azad edilmişdir. Vətən müharibəsindən sonra Erməni vandalizmindən dağlara,kahalara sığınaraq oradaca şəhid olan Başlıbel sakinlərinin nəşləri müəyyən edilərək oradaca dəfn edilmişdir.Bu gün Başlıbellilər öz doğma kəndlərinə gedərək, orada şəhid olan əzizlərini ziyarət edirlər.Eyni zamanda Başlıbel sakinləri hər zaman olduğu kimi Kəlbəcərimizin, Qarabağımızın yenidən qurulması işlərində Müzəffər Ali Baş Komandanın sadiq əsgərləri kimi öz əllərindən gələni etməyə hazırdırlar.
Başlıbel ziyalıları, ağsaqqalar və sakinləri onlara göstərilən diqqət və qayğıya,həmçinin bu faciəyə dövlət səviyyəsində verilən hüquqi qiymətə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Görüşdə kənd sakinlərinin rayonumuzun, Başlıbelin gələcək inkişafı ilə bağlı təklifləri dinlənilib, onların səsləndirdiyi təkliflərin aidiyyatı qurumlar qarşısında qaldırılacağı bildirilib.