Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Milli Qəhrəman Hökümə Əliyevanın yas mərasimində iştirak edib.

31 dekabr 2024 | 12:40
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev təyyarə qəzası zamanı həlak olan bələdçi Hökümə Əliyevanın yas mərasimində iştirak edib. Mərasimdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisə rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Milli Qəhrəman Hökümə Əliyevanın ailə üzvləri ilə görüşüb, onlara dərin hüznlə başsağlığı verib, Milli Qəhrəmanımıza Allahdan rəhmət diləyib.
Hökümə Əliyevanın ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildiriblər.
Xatırladaq ki, 25 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Prezident İlham Əliyev baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Kşnyakin İqor İvanoviçə (ölümündən sonra), Kalyaninov Aleksandr Georgiyeviçə (ölümündən sonra) və Əliyeva Hökumə Cəlil qızına (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Ekipajın sağ qalan üzvləri Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunublar.
Qeyd edək ki, Hökumə Əliyeva və digər həlak olan ekipaj üzvləri ötən gün II Fəxri xiyabanda dəfn edilib.
Keçidlər