Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, qadın güləşi idman növü üzrə “U-20 dünya çempionatı”nın bürünc medalçısı Şirinova Gültəkin Kamandar qızı ilə görüşüb.
23 avqust 2022 | 14:13
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, qadın güləşi idman növü üzrə “U-20 dünya çempionatı”nın bürünc medalçısı Şirinova Gültəkin Kamandar qızı və onun şəxsi məşqiçisi ilə görüşüb. Kəlbəcər rayon Yanşaq kənd sakini olan Şirinova Gültəkin Kamandar qızı yarış haqqında Rayon İcra Hakmiyyətinin başçısına məlumat verib, təssüratlarını bölüşüb.Eyni zamanda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev idmançını və onun məşqiçisini bir daha təbrik edib, növbəti yarışlarda uğurlar arzulayıb.Rayon rəhbəri vurğulayıb ki, dövlətimizin başçısı möhtərəm cənab prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycanda dövlət gənclər siyasəti uğurla həyata keçrilir, o cümlədən idmana sahəsinə xüsusi diqqət və qayğı göstərilir.Azərbaycanda beynəlxalq yarışların keçirilməsi, idmançılarımızın mötəbər yarışlarda bayrağımızı ucaltması, ölkəmizi dünyaya idman ölkəsi kimi tanıtmışdır. Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban xanım Əliyevanın V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşməsi, onlara öz dəyərli tövsiyyə və tapşırıqlarını verməsi, ölkəmizdə idman ictimaiyyətinə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Gültəkin Şirinova ona göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz dərin minnətdarlığını bildirmiş və idmançılarla görüşdə cənab Prezident İlham Əliyev tərəfindən idmançıların üzərinə böyük vəzifə qoyulduğunu qeyd etmişdir.G.Şirinova müqəddəs üç rəngli bayrağımızı ən ali yarışlarda dalğalandırmaq üçün böyük səylə çalışacağını bildirmişdir.
Qeyd edək ki, Gültəkin Şirinova qadın güləşi idman növü üzrə 50 kq çəki dərəcəsində Bolqarıstan Respublikasının Sofiya şəhərində keçirilən U-20 dünya çempionatında rəqibi polşalı Natalya Valçakaya cəmi 1dəqiqə 10 saniyə ərzində 10:0 hesabıyla qalib gələrək “U-20 dünya çempionatı”nın bürünc medalını qazanıb. 2019-cu ildə “Avropa Gənclər Olimpiya Festivalı”nın gümüş, 2022-ci ildə isə “U-23 Avropa çempionatı”nın bürünc mükafatçısıdır.