Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Abdullayev Şəhriyar Kamil oğlunun ailəsini ziyarət edib.

29 aprel 2024 | 14:42
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH başçısı aparatının məsul əməkdaşları Vətən müharibəsi zamanı şəhid olan Abdullayev Şəhriyar Kamil oğlunun ailəsini ziyarət edib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhidlərimizin şərəfli döyüş yolundan danışıb. Vurğulayıb ki, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi heç bir zaman unudulmayacaq.
Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
Şəhidin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razı olduqlarını dilə gətirib, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin!
Keçidlər