Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Bayramov Samir Elxan oğlunun ailəsini ziyarət edib.

14 yanvar 2026 | 12:31
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi polkovnik Zöhrab Camalov, RİH-in məsul əməkdaşları şəhid Bayramov Samir Elxan oğlunun ailəsini ziyarət edib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanıb, 44 günlük şərəfli zəfər tarixmizə nəzər salaraq şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun giziri Bayramov Samir Elxan oğlu 1996-cı il avqustun 15-də Kəlbəcər rayon Qılınclı kəndində anadan olub. Samir Bayramov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Uzun müddət sonar dekabrın 2–də nəşi tapılıb. Dekabrın 3-də Göygöl rayon Şəhidlər xiyabında dəfn olunub. Şəhid Bayramov Samir 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü" və “Kəlbəcərin azad olunmasına görə”medalları ilə təltif olunub.
Keçidlər