Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Əhmədov Əhmədxan Məzahir oğlunun ailəsini ziyarət edib.
23 fevral 2026 | 09:36
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov,Kəlbəcər rayon Prokuroru İlkin İsmayılov, Kəlbəcər RİH-in məsul əməkdaşları şəhid Əhmədov Əhmədxan Məzahir oğlunun ailəsini ziyarət edib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanıb, 44 günlük şərəfli zəfər tarixmizə və lokal antiterror əməliyyatlarına nəzər salaraq şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Onların xatirəsinin hər zaman yaşadılacağı bildirilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid Əhmədov Əhmədxan Məzahir oğlu 01 fevral 1999-cu ildə Daşkəsən rayonunun Quşçu kəndində anadan olub. 2006-cı ildə Gəncə şəhərində yerləşən Kəlbəcər 115 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2017-ci ildə orta məktəbi bitirib. 2020-ci il ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Azərbaycan Ordusunun əsgəri olan Əhmədxan Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 12 noyabr 2020-ci ildə Göygöl rayon Murovdağ qəsəbəsində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.






