Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Heydərov Qismət İsmayıl oğlunun ailəsini ziyarət edib.

04 fevral 2026 | 09:15
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon Prokuroru İlkin İsmayılov və Kəlbəcər RİH-in məsul əməkdaşları şəhid Heydərov Qismət İsmayıl oğlunun ailəsini ziyarət edib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanıb, 44 günlük şərəfli zəfər tarixmizə və lokal antiterror əməliyyatlarına nəzər salaraq şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Eyni zamanda bildirilib ki, onların əziz xatirəsi hər zaman anılacaq, xalqımız və dövlətimiz tərəfindən unudulmayacaqdır.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid Heydərov Qismət İsmayıl oğlu 20 iyul 2002-ci ildə Goranboy rayonunun Erkəc kəndində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2008-ci ildə Goranboy rayon Erkəc kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2018-2019-cu illərdə Goranboy rayon Qaraçinar kənd tam orta məktəbində təhsil alıb. 2019-cu ildə orta məktəbi bitirib. 2020-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Qismət 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Əvvəlcə, Ağcabədi rayonunda, sonra isə Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Qismət İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzuli azad olunması uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. 3 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 04 oktyabr 2020-ci ildə Goranboy rayonunun Yolqulular kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə”, "İgidliyə görə" medalları ilə təltif edilmişdir.
Keçidlər