Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Hüseynov Mirzə Xəlfə oğlunun ailəsini və valideynlərini ziyarət edib.

09 fevral 2026 | 09:14
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi, polkovnik Zöhrab Camalov və Kəlbəcər RİH-in məsul əməkdaşları şəhid Hüseynov Mirzə Xəlfə oğlunun ailəsini və valideyinlərini ziyarət edib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanıb, 44 günlük şərəfli zəfər tarixmizə və lokal antiterror əməliyyatlarına nəzər salaraq şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Eyni zamanda bildirilib ki, onların əziz xatirəsi hər zaman anılacaq, xalqımız və dövlətimiz tərəfindən unudulmayacaqdır.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid Hüseynov Mirzə Xəlfə oğlu 03 aprel 1991-ci ildə Kəlbəcər rayonunun Çayqovuşan kəndində anadan olub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərərək qəhrəmancasına şəhid olub. Ailəli idi. 31 dekabr 2020-ci ildə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
 
 
Keçidlər