Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Hüseynov Mirzənin ailəsini ziyarət edib.
07 sentyabr 2023 | 13:00
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyyələrinə əsasən Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərinə hər zaman xususi diqqət ayrılır. Onlara dövlət səviyyəsində olunan diqqət və qayğı Kəlbəcər rayonunda da davam etdirilir. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçsı Azər Qocayev Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşlərə xüsusi önəm verir, səlahiyyətləri daxilində onların qaldırdıqları məsələlərə, müaciətlərə hassaslıqla yanaşıraq, onları narahat edən problemlərin tezliklə həll olunması istiqamətində aidiyyəti üzrə addımlar atır.
Bu gün Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları ilə birlikdə Vətən müharibəsinin şəhidi Hüseynov Mirzə Xəlifər oğlunun ailəsini ziyarət edib. Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Şəhidin keçdiyi şərəfli döyüş yolundan söz açan İcra Hakimiyyətinin başçısı Azər Qocayev bildirib ki, Mirzə Hüseynov kimi oğullarımız daima qəlblərimizdə əbədi yaşayacaqdır. Azərbaycan xalqı onlarla qürurur duyaraq şəhidlərimizin xatirəsinin hər zaman əziz və uca tutacaqdır.
Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən danışan Azər Qocayev həmin qələbənin qazanılmasında Hüseynov Mirzənində payı olduğunu bildirib və əldə etdiyimiz şanlı Qələbəyə görə şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Şəhid ailəsinin qayğıları ilə maraqlanan rayon rəhbəri vurğulayıb ki, dövlət səviyyəsində şəhid ailələri, qazilərimiz və müharibə veteranları hər zaman xüsusi diqqət və qayğı ilə əhatə olunublar.
Şəhidin həyat yoldaşı Leyla Hüseynova Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən daim diqqətdə saxlanıldığı bildirib. Həyat yoldaşı Hüseynov Mirzənin Vətən müharibəsində savaşaraq qəhrəmancasına şəhid olduğunu və hər zaman onunla fəxr etdiyini qeyd edərək ailəsi adından şəhid ailələrinə göstərilən qayğıya və ehtirama görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcəkdir.