Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, şəhid Kamalov Bahadur Məhəmməd oğlunun , Kəlbəcər rayonunda dəfin mərasimində iştirak edib.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, xüsusi nümayəndə, hüquq mühafizə orqanlarının rəhbərləri,ictimaiyyət nümayəndələri, qazilər, rayon sakinləri, birinci Qarabağ müharibəsinin itkin şəhidi Bahadur Kamalovun dəfin mərasimində iştirak edib. Kəlbəcər rayon Zar kəndində, şəhidin vida mərasimində yaylım ətəşi açılmışdır.
Dəfin mərasimində Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək Azərbaycanın ərazi bütövlüyünün qorunması, təmin olunması uğrunda döyüşlərdə həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Bu gün nəşi tapılaraq dəfn edilən Bahadur Kamalovun əzizlərinə Allahdan səbir diləyib. Qeyd edib ki,vətənpərvər Azərbaycan övladları öz şücaətləri ilə, qəhrəmanlıqları ilə birinci və ikinci Qarabağ müharibələrində, antiterror hadisələri zamanı ölümün gözünə dik baxıblar, tariximizin şərəfli səhifəsini yazıblar. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun qazandığı böyük Zəfər tariximizin parlaq səhifəsini dünyaya tanıtdı və şəhidlərimizin qisası alındı. O vaxtdan sonra azad olunan ərazilərdə itkin düşən şəhidlərimizin tapılan qalıqları üzərində aparılan analizlər sayəsində kimlikləri məlum olmuş şəhid adına layiqli dəfin mərasimi keçirilmişdir .
Şəhidin ailə üzvləri çıxış edərək torpaqların işğaldan azad edilməsinə, itkin düşmüş şəhidlərin nəşlərinin tapılıb müəyyən edilməsinə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq etmiş, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləmişlər.






