Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid leytenant Orucov Nemət Əkbər oğlunun ailəsini ziyarət edib.

07 fevral 2026 | 10:21
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər RİH-in məsul əməkdaşları şəhid Orucov Nemət Əkbər oğlunun ailəsini ziyarət edib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanıb, 44 günlük şərəfli zəfər tarixmizə və lokal antiterror əməliyyatlarına nəzər salaraq şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Onların xatirəsinin hər zaman yaşadılacağı bildirilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid Orucov Nemət Əkbər oğlu oğlu 15 noyabr 1994-cü ildə anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2001-ci ildə Goranboy rayon Qaraçinar kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2011-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib. 2011-ci ildə Azərbaycan Texnologiya Universitetinin (ATU) ekologiya mühəndisliyi fakültəsində qəbul olunan Nemət 2016-cı ildə universiteti yüksək nailiyyətlərlə bitirib.
Həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2017-ci ildə Müdafiə Nazirliyinin N saylı hərbi hissədə hərbi xidmətini kəşfiyyatçı olaraq başa vuran Nemət Orucov hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2018-ci ildən hərbi xidmətini "leytenant" rütbəsi ilə davam etdirib. Zabitlik kursunu bitirdikdən sonra Beyləqan və Ağcabədi rayonlarında yerləşən "N" saylı hərbi hissədə post komandiri vəzifəsində xidmət edib. 17 noyabr 2018-ci ildə Azərbaycan Ordusunda "Ən yaxşı motoatıcı bölük" adı uğrunda keçirilən yarışlarda yüksək nəticələr əldə etdiyinə və 3 mart 2019-cu ildə hərbi hissənin yaranmasının 27-ci ildönümü münasibəti ilə döyüş və ictimai siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə fəxri fərmanlar ilə təltif olunmuşdur.
Azərbaycan Ordusunun leytenantı olan Nemət Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nemət Orucov sentyabrın 27-də Xocavənd döyüşləri zamanı rayonda yerləşən Nərgiztəpə ərazisində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub. Subay idi. 28 sentyabr 2020-ci ildə Goranboy rayonunun Zeyvə kəndində dəfn edilib. 15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Keçidlər