Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid leytenant Şirinov Ömər Muğan oğlunun ailəsini ziyarət edib.
05 fevral 2026 | 09:08
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon Prokuroru İlkin İsmayılov və Kəlbəcər RİH-in məsul əməkdaşları şəhid Şirinov Ömər Muğan oğlunun ailəsini ziyarət edib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanıb, 44 günlük şərəfli zəfər tarixmizə və lokal antiterror əməliyyatlarına nəzər salaraq şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Onların xatirəsinin hər zaman yaşadılacağı bildirilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid Şirinov Ömər Muğan oğlu 20 sentyabr 1999-cu ildə Goranboy rayonunun Aşağı Ağcakənd kəndində anadan olub. 2005-ci ildə Goranboy rayon Aşağı Ağcakənd qəsəbə tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2016-cı ildə həmin məktəbin 11-ci sinifini bitirib. 2017-ci ildə Gəncə Dövlət Universitetinin Xarici Dillər Fakültəsinə daxil olmuş və 2021-ci ildə həmin Universiteti bitirərərk Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətin 9-cu ayında zabit kurslarına yazılmış və Leytenant hərbi rütbəsi almışdır.
Silahlı Qüvvələrin zabiti olan Ömər Şirinov 2022-ci ilin sentyabr ayının 12-də Laçın rayonunun Qaragöl ərazisində xidməti vəzifələrini yerinə yetirərkən Erməni Silahlı Birləşmələrinin törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Subay idi. 14 Sentyabr 2022-ci ildə Goranboy rayon, Zeyvə kənd qəbiristanlığında dəfn olunub.
5 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” Ordeni ilə təltif edilmişdir.






