Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid leytenant Şirinov Ömər Muğan oğlunun il mərasimində iştirak edib.
14 sentyabr 2023 | 13:50
İl mərasimində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov,Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Polis Şöbəsinin şəxsi heyyət üzrə köməkçisi, polis mayoru Əyyub Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi polkovnik-leytenant Nazim Çələbiyev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, idarə, müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak etmişdir.
Əvəllcə mərasim iştirakçıları 2022-ci ilin sentyabr ayının 12-si gecə satlarından, 13-ü səhər saatların kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olan leytenant Şirinov Ömər Muğan oğlunun və 44 günlük Vətən müharibəsində şəhadətə yüksələn leytenant Orucov Nemət Əkbər oğlunun məzarlarını ziyarət edib.
Şəhidlərin məzarları üstünə gül dəstələri düzülərək vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb, ruhlarına dualar oxunub.
Daha sonra Goranboy rayonu, Aşağı Ağcakənd kəndində müvəqqəti məskunlaşan leytenant Şirinov Ömər Muğan oğlunun ailəsi ziyarət olunub.
Qeyd edilib ki, şəhid ailələri daima Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunmuşdur. O cümlədən də, şəhid Şirinov Ömər Muğan oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” Ordeni ilə təltif edilmişdir.
Daha sonra Vətən müharibəsində qazanılan Qələbədən söz açılıb, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Allah cəmi şəhidlərimizə rəhmət etsin !