Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Mehtiyev Şəhriyar Mübariz oğlunun ailəsini ziyarət edib.

30 yanvar 2026 | 09:23
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Haxverdi Əkbərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi, polkovnik Zöhrab Camalov və Kəlbəcər RİH-in məsul əməkdaşları şəhid Mehtiyev Şəhriyar Mübariz oğlunun ailəsini ziyarət edib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanıb, 44 günlük şərəfli zəfər tarixmizə və lokan antiterror əməliyyatlarına nəzər salaraq şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Eyni zamanda bildirilib ki, onların əziz xatirəsi hər zaman anılacaq, xalqımız və dövlətimiz tərəfindən unudulmayacaqdır.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid Mehtiyev Şəhriyar Mübariz oğlu 7 yanvar 2005-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Əslən Kəlbəcər rayonunun Bəzirxana kəndindəndir. Orta təhsilini Gəncə şəhərindəki ümumtəhsil məktəblərinin birində almışdır. Hərbi xidmətə 2023-cü ilin əvvəllərində çağırılmışdır.
Şəhriyar Mehtiyev 2023-cü ilin 19 sentyabr tarixində Qarabağ bölgəsində Azərbaycan Silahlı Qüvvələri ilə erməni silahlı birləşmələri arasında baş vermiş silahlı toqquşmalar zamanı qəhrəmancasına şəhid olmuşdur. Döyüşlər 24 saat davam etmiş və nəticədə şəhidimiz öz vəzifə borcunu şərəflə yerinə yetirərək ərazi bütövlüyünün təmin olunmasına töhfə vermişdir.
Şəhriyar Mehtiyev Azərbaycan gəncliyinin vətənpərvər, bilikli və təşəbbüskar nümayəndəsi olaraq, öz həyatını vətəninə həsr etmişdir. Onun qəhrəmanlığı və fədakarlığı gələcək nəsillərə nümunə olacaqdır.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra Şəhriyar Mehtiyev “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Keçidlər