Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Musayev Vüsal Eldar oğlunun ailəsini ziyarət edib.

18 mart 2026 | 09:11

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Musayev Vüsal Eldar oğlunun ailəsini ziyarət edib.

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanıb, 44 günlük şərəfli zəfər tarixmizə və lokal antiterror əməliyyatlarına nəzər salaraq şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Onların xatirəsinin hər zaman yaşadılacağı bildirilib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Musayev Vüsal Eldar oğlu 01 sentyabr 1985-ci ildə Kəlbəcər rayon Zəylik kəndində       anadan olub. 1991-ci ildə Zəylik kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 1993-cü il aprelin 2-də  Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Musayevlər ailəsi Goranboy rayonunun Börü kəndində yaşamağa başlayıblar. Vüsal Musayev Kəlbəcər rayonunun işğalından sonra orta təhsilini 103 saylı Börü kənd tam orta məktəbində davam etdirib. 2001-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. N saylı hərbi hissədə hərbi xidmətini başa vuran Vüsal hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib.

Vüsal Musayev 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 29 sentyabr 2020-ci il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılmış artilleriya mərmisinin partlaması nəticəsində kəllə-beyin travması və bədəninin müxtəlif nahiyələrindən yaralanmış Vüsal həmin gün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilmişdir. 2021-ci il yanvar ayının 5-i Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat etmişdir. 06 yanvar 2021-ci ildə Goranboy rayon Veyisli kənd qəbiristanlığında dəfn edilib. Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə”medalı ilə təltif edilmişdir.

Keçidlər