Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Mustafayev Əlzamin Baxış oğlunun ailəsini ziyarət edib.

11 mart 2026 | 10:20
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon prokuroru İlkin İsmaılov və Kəlbəcər RİH-in məsul əməkdaşları şəhid Mustafayev Əlzamin Baxış oğlunun ailəsini ziyarət edib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanıb, 44 günlük şərəfli zəfər tarixmizə və lokal antiterror əməliyyatlarına nəzər salaraq şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Onların xatirəsinin hər zaman yaşadılacağı bildirilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid Mustafayev Əlzamin Baxış oğlu 21 iyun 1999-cu ildə Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2005-ci ildə Tərtər rayonunda yerləşən Kəlbəcər 64 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2016-cı ildə orta məktəbi bitirib. 2017-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu ildə Hacıqabul rayon N saylı hərbi hissədə hərbi xidmətini başa vuran Əlzamin Mustafayev hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. Daha sonra xidmətini Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə davam etdirib. 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında Əlzamin Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 02 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 03 oktyabr 2020-ci ildə Tərtər rayon Bəyimsarov kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Keçidlər