Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Tağızadə Cahangir Qurban oğlunun ailəsini ziyarət edib.

28 yanvar 2026 | 09:44
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər RİH-in məsul əməkdaşları şəhid Tağızadə Cahangir Qurban oğlunun ailəsini ziyarət edib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanıb, 44 günlük şərəfli zəfər tarixmizə nəzər salaraq şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Eyni zamanda bildirilib ki, onların əziz xatirəsi hər zaman anılacaq, xalqımız və dövlətimiz tərəfindən unudulmayacaqdır.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Tağızadə Cahangir Qurban oğlu 27 may 2004-cü ildə Mingəçevir şəhərində dünyaya gəlib. Onun ailəsi əslən Kəlbəcər rayonunun Təkəqaya kəndindəndir. Valideynləri isə məcburi köçkün olaraq Mingəçevirdə yaşayırlar. 2010-cu ildə “Ağdam məktəbi” kimi tanınan 142 saylı orta məktəbdə birinci sinfə gedib. 2021-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib.
2022-ci ilin yayında həqiqi hərbi xidmətə yollanıb.o xidmətə Bakı şəhərində, Hərbi Dəniz Qüvvələrində başlayıb. Cahangir Tağızadə 2023-cü ildə sentyabr ayında antiterror əməliyyatında iştirak edib. 19 sentyabr 2023-cü ildə Ağdərə istiqamətində aparılan əməliyyat zamanı qəhrəmancasına şəhid olub.
Onun nəşi üç gün sonra, 22 sentyabr 2023-cü ildə Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.
Keçidlər