Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Verdiyev Eldəniz Rabil oğlunun ailəsini ziyarət edib.

27 fevral 2026 | 09:28
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon prokuroru İlkin İsmaılov, DTX-nin Kəlbəcər rayon şöbəsinin rəisi Müşfiq Mürsəlov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəis polkovnik Zöhrab Camalov və Kəlbəcər RİH-in məsul əməkdaşları şəhid Verdiyev Eldəniz Rabil oğlunun ailəsini ziyarət edib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanıb, 44 günlük şərəfli zəfər tarixmizə və lokal antiterror əməliyyatlarına nəzər salaraq şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Onların xatirəsinin hər zaman yaşadılacağı bildirilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid Verdiyev Eldəniz Rabil oğlu 04 oktyabr 1999-cu ildə Göygöl şəhərində anadan olub. 2005-ci ildə 1 saylı Kəlbəcər rayon 107 saylı tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2016-cı ildə orta məktəbi bitirmişdir. 2017-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu ildə Qəbələ rayonunda yerləşən N saylı hərbi hissədə hərbi xidmətini başa vuran Eldəniz hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2020-ci ilin sentyabr ayından etibarən Silahlı Qüvvələrin N saylı hərbi hissəsində xidmətini müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi davam etdirmişdir.
Eldəniz Verdiyev 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 02 oktyabr 2020-ci il tarixdə Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. Uzun müddət nəşi tapılmamışdır. 2021-ci il iyunun 4-ü Eldəniz Verdiyevin nəşi tapılır və ailəsinə təhvil verilir. 05 iyun 2020-ci ildə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı, "Cəsur döyşçü"medalı, "Vətən uğrunda" medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Keçidlər