Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhidlərin ildönümü mərasimində iştirak edib.
05 iyun 2023 | 16:55
Şəhidlərin ildönümü mərasimində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi Polkovnik-leytenant Nazim Çələbiyev, RİH-in məsul əməkdaşları, idarə , müəssisə rəhbərləri, şəhidlərin doğmaları iştirak edib. Hər iki şəhidin məzarı ziyarət edilərək, məzarları üstünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.
Daha sonra şəhid Arif Əliyevin və Eldəniz Verdiyevin ailəsi ziyarət edilib. Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev hər iki şəhid ailəsində olarkən dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açmış, ailənin qayğıları ilə maraqlanmışdır.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişdirlər.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu şəhid olmuşdur. İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İşğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində vəzifə borcunu ləyaqətlə yerinə yetirərkən həlak olmuş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şəhid Eldəniz Verdiyev 2020-ci ilin sentyabr ayından etibarən Silahlı Qüvvələrin N saylı hərbi hissəsində xidmətini müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi davam etdirib.
Eldəniz Verdiyev 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 02 oktyabr 2020-ci il tarixdə Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 2021-ci il iyunun 4-ü Eldəniz Verdiyevin nəşi tapılır və ailəsinə təhvil verilir. 05 iyun 2020-ci ildə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı “Cəsur döyüşçü” medalı, “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.