Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Tərtər rayonun Suqovuşan istiqamətində minaya düşərək ağır bədən xəsarətləri almış, Aprel döyüşlərinin qazisi 2-ci qrup əlil Əlizadə Samir Buruz oğlunu ziyarət edib.

15 fevral 2023 | 13:29
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Tərtər rayonun Suqovuşan istiqamətində 24 noyabr 2022-ci il tarixdə minaya düşərək ağır bədən xəsarətləri almış, Aprel döyüşlərinin qazisi Əlizadə Samir Buruz oğlunu ziyarət edib.Görüşdə rayon rəhbəri qazinin ailə-məişət problemləri ilə maraqlanıb, qazinin müraciəti dinlənilərək aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacağı bildirildi.Eyni zamanda görüşdə Şanlı Zəfərimizdən söz açılmış, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasətdən bəhs edilmişdir.Vurğulanmışdır ki, hər zaman şəhid ailələri, qazilər daima Dövlət başçısının, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşdur.
Qazi, 2-ci qrup əlil Əlizadə Samir Buruz oğlu Müzəffər Ali Baş Komandan,Prezident cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələri və qazilərə göstərdikləri diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Qeyd edək ki, Əlazadə Samir Buruz oğlu Kəlbəcər rayon Ağdaban kənd sakinidir.O, 2016-ci ildə Aprel döyüşlərinin iştirakçısı olub.Xidməti vəzifəsini yerinə yetrərkən Füzuli istiqamətlərində gedən döyüşdə qəlpə yarası alaraq yaralanıb. 24 noyabr 2022-ci il tarixdə isə Tərtər rayonun Suqovuşan istiqamətində minaya düşərək ağır bədən xəsarətləri almışdır.
Keçidlər