Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və Kəlbəcər rayon Prokuroru İlkin İsmayılov şəhid Məmmədov Elşən Dağıstan oğlunun ailəsini ziyarət edib.

24 mart 2026 | 13:00
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon Prokuroru İlkin İsmayılov, Kəlbəcər RİH-in məsul əməkdaşları şəhid Məmmədov Elşən Dağıstan oğlunun ailəsini ziyarət edib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanıb, 44 günlük şərəfli zəfər tariximizə və lokal antiterror əməliyyatlarına nəzər salaraq şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Onların xatirəsinin hər zaman yaşadılacağı bildirilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid Məmmədov Elşən Dağıstan oğlu 06 fevral 1996-cı ildə Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2003-cü ildə Tərtər rayon 66 saylı Buruc kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2014-cü ildə orta məktəbi bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2016-cı ildə hərbi xidmətini başa vuran Elşən Məmmədov hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2019-cu ildən etibarən Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyət göstərib.
Azərbaycan Ordusunun MAHHXHQ əsgəri olan Elşən Məmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 19 oktyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 20 oktyabr 2020-ci ildə Bərdə rayonunun Qazaxlar kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Keçidlər