Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirib.
25 iyun 2022 | 17:49
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Vətən müharibəsi iştirakçıları və qazilərlə görüşüb, onların müraciətlərini dinləyib.
Rayon İcra Hakimiyyətinin inzibati binasında Pandemiya qaydalarına uyğun şəkildə baş tutan görüşdə Rayon icra başçısı ilə yanaşı, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi Polkovnik-leytenant Nazim Çələbiyev iştirak ediblər .
Görüşdə Rayon rəhbəri ilk öncə Vətən Savaşında qurban gedən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib. 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Vətən müharibəsi iştirakçılarını və qaziləri təbrik edib. Bildirib ki, Ali Baş Komandanımız İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müqəddəs ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artırmış, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur.
Rayon rəhbəri iştirak edən Vətən müharibəsi iştirakçıları və qaziləri tək-tək dinlədikdən sonra onları narahat edən məsələlərin həlli istiqamətində müəyyən tapşırıqlar verib.