Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Vətən Müharibəsi Qəhrəmanı,şəhid Anar Əliyevin ailəsini Kəlbəcər rayonunda ziyarət edib.
22 iyun 2026 | 09:16
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Vətən Müharibəsi Qəhrəmanı,şəhid Anar Əliyevin ailəsini Kəlbəcər rayonunda ziyarət edib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə, Vətən Müharibəsi Qəhrəmanı,şəhid Anar Əliyevin ailəsini Kəlbəcərdə ziyarət edib. Söhbət zamanı Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qeyd edib ki, 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında Azərbaycan əsgəri böyük qəhrəmanlıq göstərib. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz düşmən məhv etdi. Ərazi bütövlüyümüz tam bərpa edildi.Eyni zamanda vurğulayıb ki, Anar Əliyev kimi qəhrəman oğullarımızın sayəsində xalqımız başını dik tutub,ərazi bütövlüyümüz tam bərpa edilib, müqəddəs bayrağımız bütöv Azərbaycan səmasında qürurla dalğalanır.
Bu gün Kəlbəcər rayonunda şəhid ailəsinin öz evində ziyarət edilməsi, dövlət başçısının apardığı məqsədyönlü siyasətin nəticəsidir.Şəhidlərin qanı bahasına alınmış torpaqlarda həyatın yenidən canlanması, yeni infrastrukturun qurulması hər bir azərbaycanlını qürurlandırır.Eyni zamanda şəhidlərimizində ruhları şad olur.Şəhid ailəsi kimi Vətən Müharibəsi Qəhrəmanı, şəhid Anar Əliyevin ailəsini Kəlbəcər rayonunda evlə təmin edilməsi , ümumilikdə şəhid ailələrinin mənzillərlə təmin edilməsi, onların problemlərinə həssaslıqla yanaşılması, dövlət başçısının şəhid ailələrinə göstərdiyi xüsusi diqqətin və qayğının bariz nümunəsidir.
Şəhidin atası Vaqif Əliyev onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Anar Əliyev Oktyabrın 21-də Xocavəndin Tuğ kəndində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 25-də II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Şəhid Əliyev Anar 44 günlük Vətən müharibəsində Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı , "Vətən uğrunda" , "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Allah şəhidlərimizə rəhmət eləsin!






