Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Vətən müharibəsi şəhidi Daşqın Şəfiyevin ad günündə məzarını ziyarət edib.

22 avqust 2023 | 15:11
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon Şöbəsinin rəisi Nazim Çələbiyev, Kəlbəcər rayon Polis Şöbəsinin şəxsi heyyət üzrə köməkçisi, polis mayoru Əyyub Hüseynov, RİH-in məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri və şəhidin doğmalarının iştirakı ilə şəhid Şəfiyev Daşqın Hidayət oğlunun ad günündə məzarını ziyarət ediblər.Şəhidin məzarı üstünə gül dəstələri qoyularaq, ruhuna dualar oxunub.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanmışdır.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişdirlər.
Qeyd edək ki, Daşqın Şəfiyev 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarına könüllü olaraq qatılıb. 05 noyabr 2020-ci il tarixdə Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 06 noyabr 2020-ci il tarixdə Samux rayon Seyidlər kəndində dəfn edilib. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və "Qubadlının azad olunmasına görə" medalları ilə, 3-cü dərəcəli “Vətənə Xidmətə görə” Ordeni təltif edilmişdir.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Keçidlər