Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Vətən müharibəsi şəhidi Məhərəmli Fuad Füzuli oğlunun ailəsini ziyarət edib.

02 oktyabr 2023 | 16:48
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev, RİH-in məsul əməkdaşları Vətən müharibəsi şəhidi Məhərəmli Fuad Füzuli oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
Görüşdə Vətən müharibəsi şəhidi Məhərrəmli Fuadın şərəfli döyüş yolundan söhbət açılıb,onun və digər şəhidlərimizin əziz xatirəsinin daima xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb.
İcra başçısı Azər Qocayev 30 ildən sonra Müzəffər Ali Baş Komandan, qalib sərkərdə cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı qələbənin tarixi əhəmiyyətindən, bu günlərdə Azərbaycan ordusunu erməni təxribatçılarının məskunlaşdığı ərazidə apardığı uğurlu antiterror əməliyyatlarından, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizdən, sağlamlıqlarını itirən qazilərimizdən danışıb, onların qisasının alındığını bildirib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanmım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Məhərrəmli Fuad Füzuli oğlu 10 may 2001-ci ildə Tərtər şəhərində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2007-ci ildə Bakı şəhər Suraxanı rayon Yeni Ramana qəsəbəsində yerləşən Fərrux İsrafil oğlu Mehtiyev adına Qubadlı rayon Qaralar kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. Orta məktəbi bitirdikdən sonra 2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.Məhərrəmli Fuad hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. Azərbaycan Ordusunun əsgəri olan Fuad Məhərrəmli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərinin azad olunmasında böyük şücaət göstərib. 28 sentyabr 2020-ci ildə Cəbrayıl rayonunun Nüzgar kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 29 sentyabr 2020-ci ildə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə F.Məhərrəmli ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Keçidlər