Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev xidməti vəzifəsini yerinə yetirərkən Kəlbəcər rayonunda şəhid olan Əliyev Arif Ağalar oğlunun ailəsini ziyarət edib.

26 noyabr 2022 | 12:29
Şəhidin ailə üzvlərinin ziyarətində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Elşən Quliyev, RİH-in məsul əməkdaşları iştirak edib. Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı Azər Qocayev işğaldan azad olunan Kəlbəcər rayonunda vəzifə borcunu ləyaqətlə yerinə yetirərkən tank əleyhinə minanın partlaması nəticəsində şəhid olmuş Əliyev Arif Ağalar oğlunun ailəsi ilə görüşdə qeyd edib ki, şəhid ailələri daima Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunmuşdur. O cümlədən də, şəhid Əliyev Arif Ağalar oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.Daha sonra Vətən müharibəsində qazanılan Qələbədən söz açılıb, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər