Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev.44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Bayramov Samir Elxan oğlunun ikinci ildönümü ilə əlaqədar yas mərasimində iştirak edib.

03 dekabr 2022 | 12:15
Şəhidin ildönümü mərasimində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev,RPŞ-nin Şəxsi Heyət üzrə rəis köməkçisi mayor Əyyub Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin əməkdaşı leytenant Cavid Kazımov, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, rayonun idarə, müəssisə rəhbərləri, şəhidin ailə üzvləri, yaxınları iştirak ediblər.
Mərasimdə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
RİH-nin başçısı Azər Qocayev şəhid Bayramov Samirin ailə üzvləri ilə görüşüb, onlara dərin hüznlə başsağlığı verib. Bildirib ki, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirəsini daim uca tuturuq. Allah vətən uğrunda canından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək ehtiram və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Qeyd edək ki, Bayramov Samir Elxan oğlu 15 avqust 1996-cı ildə Göygöl rayonunun Yeni Zod kəndində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2003-cü ildə orta məktəb 1-ci sinifinə daxil olub. 2014-cü ildə orta məktəbi müvəffəqiyyətlə bitirib. Həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2016-cı ildə hərbi xidmətini başa vuran Samir Bayramov hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. Artıq 2017-ci ildən etibarən Silahlı Qüvvələrin N saylı hərbi hissəsində hərbi xidmətini kəşfiyyatçı gizir kimi fəaliyyətə başlamışdır. Azərbaycan Ordusunun giziri olan Samir Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ-Kəlbəcər istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib.
Sentyabrın 30-da Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 03 dekabr 2020-ci ildə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib.
15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin !
Keçidlər