Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Eldəniz Mehtiyev və YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 53-cü ildönümü ilə əlaqədar Kəlbəcər rayon İcra Hakimiyyətində Ulu Öndərin büstünü ziyarət edərək, önünə gül dəstələri düzüblər.
14 iyul 2022 | 14:21
Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.
Məhz müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcıdır.