Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında “23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü” münasibəti ilə tədbir keçrilib.
23 iyun 2023 | 16:02
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatınn sədri Həbib Misirov, Rayon İcra Hakimiyyətinin kollektivi və inzibati ərazi dairələri üzrə nümayəndələr, idarə rəhbərləri iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.RİH-in akt zalında davam edən tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxışlara başlanılıb.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tədbir iştirakçılarına bu günün mahiyyəti ilə bağlı ətraflı məlumat verərək bildirib ki, Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Ölkə rəhbəri cənab İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki,Respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.
Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.
Rayon İcra başçısı bildirib ki, torpaqlarımız işğaldan azad olunub. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini darmadağın etdi. Bu Qələbə Prezident cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyəti, diplomatik sahədə əldə etdiyi uğurlar və Ordumuzun gücü, qüdrəti sayəsində əldə olundu. Bu gün atrıq Qarabağda uğurla bərpa prosesi aparılır. Bu işdə də biz dövlət başçısının ətrafında sıx birləşib dəsək olmalıyıq. Rayon rəhbəri vurğulayıb ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da dövlət aparatının səmərəliliyi dövlət qulluqçularının əməyi hesabına təmin olunur. Dövlət qulluqçularının fəaliyyətinin dövlət və bütövlükdə cəmiyyət üçün əhəmiyyəti onların peşə qabiliyyətləri və mənəvi-psixoloji keyfiyyətlərinin yüksək səviyyədə olmasını tələb edir. Dövlət qulluqçuları vətəndaşla dövlətin bilavasitə təmasını təmin edən zümrədir.
Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixli Sərəncamı ilə hər il iyun ayının 23-nün dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd edildiyini bildirən icra başçısı bayram münasibətilə dövlət qulluqçularını təbrik etdi, onlara uğurlar arzuladı.
YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov çıxış edərək dövlət qulluqçularını təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, Ölkəmizdə dövlət qulluğunu tənzimləyən əsas sənəd 2000-ci ilin iyulunda Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanun qəbul edildikdən sonra Azərbaycanda müasir dövlət qulluğu ənənələri təşəkkül tapmağa başlamışdır. Bu mühüm sənəd düzgün kadr siyasətinin aparılmasına, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə xidmət göstərir. Ümummilli liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dövlət qulluğu sisteminin təkmilləşməsinə, dövlət qulluqçularının sosial müdafiəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edən H.Misirov dövlət başçısının 2006-cı il 25 may tarixli sərəncamı ilə dövlət qulluqçularının peşə bayramı gününün təsis olunmasını da bu sahədə çalışan insanların əməyinə ən yüksək səviyyədə dəyər verilməsinin daha bir təzahürü olduğunu vurğulayıb.
Çıxış edən natqilər, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Faiq Mehdiyev, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının köməkçisi Murov Həsənov dövlət qulluğunda çalışanları peşə bayramı münasibəti ilə təbrik edib, dövlət quruculuğu sahəsində aparılan islahatların ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu və bu işlərin bu gün də möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırblar. Cənab Prezident tərəfindən dövlət qulluqçularının peşə bayramı günün təsis olunması, hər il bu bayram münasibəti ilə dövlət qulluqçularının təltif edilməsini dövlət qulluqçularına göstərilən diqqət və qayğının nəticəsi olduğunu qeyd ediblər.
Daha sonra RİH başçısı Azər Qocayev tərəfindən “23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü” münasibəti ilə dövlət qulluğunda fərqlənən bir qrup dövlət qulluqçusu “Fəxri Fərman” ilə təltif edilib.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov da öz növbəsində Kəlbəcər rayon İcra Hakimiyyətinin əməkdaşlarını diqqətdən kənarda qoymayaraq , xidmətdə fərqlənən əməkdaşları YAP Kəlbəcər rayon təşkilatının “Fəxri Fərman”I ilə təltif edib.