Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında “23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü” qeyd edilib.
23 iyun 2025 | 11:52
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və RİH-in əməkdaşları ilk öncə Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.Daha sonra Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev kollektivə təbriklərini çatdırıb.
Kəlbəcər rayon İcra Hakimiyyətinin kollektivi dövlət qulluqçularını təbrik edir, Möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin inkişafı, xalqımızın rifahı naminə şərəfli peşələrində uğurlar arzulayır.






