Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən şəhid ailələrini ziyarət davam edir.
24 may 2023 | 17:54
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin tapşırığına uyğun olaraq Kəlbəcər RİH-in məsul əməkdaşları Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhadətə ucalmış şəhidlərimizin və mülki şəhidlərimizin ailələrini ziyarət ediblər.Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Əhmədova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Oruczadə, Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Nəsimi Muxtarov, şəhidlərin sakini olduqları kəndin icra nümayəndələri, Kəlbəcər rayon 22 nömrəli tam orta məktəbin direktoru Seymur Ələkbərov hərbi şəhidlər Məmmədov Elşən Dağıstan oğlunun, Rzayev Ülfət Novruz oğlunun, mülki şəhidlər Zamanov Şakir Xasay oğlunun, Həsənov Zabil Məhəmməd oğlunun və Həsənova Turanə Kamandar qızının ailələrini ziyarət ediblər.
Şəhid ailələri ilə görüşdə qeyd edilib ki, şəhid ailələri daima Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı ilə əhatə olunub.Daha sonra Vətən müharibəsində qazanılan Qələbədən söz açılıb, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid ailələri ilə görüşlər mütamadi olaraq davam etdiriləcəkdir.
Allah cəmi şəhidlərimizə rəhmət etsin !