Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 fevral 2024-cü il tarixdə Mərkəzi Qan Bankının Gəncə bölməsində “Talasemiyasız həyat naminə, qan ver yaşat” adlı qanvermə aksiyası keçirilmnişdir.
15 fevral 2024 | 15:48
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qanvermə aksiyasında könüllü iştirak edən hərkəsə minnətdarlığını bildirmiş və qeyd etmişdir ki, talasemiya eyni zamanda digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrin həyatı qanvermə aksiyalarından asılıdır. Bu məqsədlə 2005-ci ildə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti və Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə başlanılmış “Talasemiyasız həyat naminə” proqramı çərçivəsində mütəmadi olaraq qanvermə aksiyaları keçirilir. Könüllü qanvermə aksiyalarından toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur.