Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 noyabr Zəfər günü ilə əlaqədar “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda tədbir keçirilmişdir.
03 noyabr 2023 | 12:36
Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 noyabr Zəfər günü ilə əlaqədar “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Kəlbəcər rayon İİcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər RİH-nin məsul əməkdaşları, rayon idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə ilk öncə Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən natiqlər qeyd ediblər ki, Azərbaycanın uğurları Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin inkişafında, ümumilikdə bütün sahələrdə qazanılmış uğurların təməlində xalqımızın ümumilli lideri Heydər Əliyevin mütləq şəkildə müstəsna xidmətləri olmuşdur.Ulu Öndərin uzaqgörən siyasətinin məntiqi nəticəsi olaraq Azərbaycan bu gün yüksələn xəttlə inkişaf edir. Eyni zamanda Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən bəhs ediblər.
Yekunda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək bildirmişdir ki, bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Ümummilli Liderin şah əsəri olan Azərbaycan onun görmək istədiyi Azərbaycandır. Bəli, Azərbaycan bu gün möhkəm təməl üzərində dastan yazmaqda davam edir.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə güclü, inkişaf etmiş, qüdrətli Azərbaycan naminə başladığı böyük siyasət Prezident İlham Əliyev tərəfindən dəyişməkdə olan dünyanın yeni reallıqlarına uyğun şəkildə layiqincə davam etdirildi. Bu siyasətin sayəsində beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevrilən Azərbaycan 44 günlük Vətən müharibəsi ilə özünün ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan xalqı Böyük Qələbə ilə Böyük Zəfər yaşadı. Bu Zəfər Ulu Öndər Heydər Əliyev siyasətinin Zəfəridir.
Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu Qələbənin sevincini yaşayır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində dünyaya səs salan bu Zəfərimiz tariximizin ən şanlı səhifəsidir. Qalib ölkənin qalib Lideri kimi işğaldan azad edilmiş torpaqlarımıza davamlı səfərlər edən cənab İlham Əliyev hər dəfə bu fikri bildirir ki, hətta hava da sevinir, çünki bu torpaqlara əsl sahibləri gəlib.
Ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edən dövlətimizin başçısı İlham Əliyev hər birimizin qürur ünvanıdır.