Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
30 oktyabr 2025 | 11:28
8 Noyabr-Zəfər Günü ərəfəsində keçmiş məcburi köçkünlər üçün salınmış Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə ağacəkmə aksiyası keçirilib.Aksiyada Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, idarə müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.






