Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində növbəti iməclik aksiyası həyata keçirilib
Kəlbəcər rayon əhalisinin sıx məskunlaşdığı Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə, həmçinin rayonun idarə və müəssisələrinin yerləşdiyi ərazilərdə iməcilik işləri həyata keçirilib. Təşkil olunan iməclikdə Kəlbəcər Rayon İcra Hakimiyyəti aparatının, inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, iştirak ediblər. “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən iməcilikdə , Kəlbəcər Şəhidlərinin Abidə Kompleksi və ətrafı qurumuş otlardan təmizlənib, məişət tullantıları yığılaraq ərazidən kənarlaşdırılıb, eyni zamanda həmin ərazidə olan ağac və gül kollarına aqrotexniki qulluq göstərilib.
Qəsəbə daxilində qurumuş ot örtüyü və atılmış tullantılar toplanaraq xüsusi maşın vasitəsi ilə ərazidən uzaqlaşdırılıb.Günboyu davam edən iməcilikdə qəsəbədaxili digər təmizlik və abadlıq işləri görülüb.






