Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin üç əməkdaşına Azərbaycan Respublikasının Müharibə Veteranı vəsiqəsi təqdim edilib.

08 iyun 2023 | 16:37
Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı aparatının üç əməkdaşına, Məmmədzadə Taleh Əli oğluna, Bəşirov Elnur Zakir oğluna və Zamanlı İntiqam İlqar oğluna Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının Müharibə Veteranı” vəsiqəsi təqdim edilib.Kəlbəcər rayon İcra Hakimiyyətinin kollektivi adından hər üç əməkdaşımızı təbrik edirik, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.Veteranlarımızla fəxr edir, qürur duyuruq.
Uca Tanrı şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!
Allah qazilərimizə şəfa versin!
Keçidlər