Kəlbəcər rayon İcra Hakimiyyətinin və YAP Kəlbəcər rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”çərçivəsində “Əsrin müqaviləsi “tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır mövzusunda tədbiri keçirilmişdir.
20 sentyabr 2023 | 19:24
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Məhkəməsinin sədri Həsən Qəniyev,Kəlbəcər RİH-nin məsul əməkdaşları, rayon idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Kəlbəcər RİH-nin inzibati binasındakı büstü önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Əsrin müqaviləsindən tarixi Zəfərimizə gedən yoldan bəhs edən videorolik nümayiş etdirilib.
Daha sonra çıxış edən natiqlər qeyd ediblər ki,ölkəmizin inkişafında, ümumilikdə bütün sahələrdə qazanılmış uğurların təməlində xalqımızın ümumilli lideri Heydər Əliyevin mütləq şəkildə müstəsna xidmətləri olmuşdur.Ulu Öndərin uzaqgörən siyasətinin məntiqi nəticəsi olaraq Azərbaycan bu gün yüksələn xəttlə inkişaf edir.
20 sentyabr Azərbaycan tarixinə qızıl hərflərlə qeyd edilimiş bir gündür.Məhz 29 il bundan öncə 20 sentyabr 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" təkcə Avrasiyanın enerji xəritəsini dəyişmədi, həyata keçirilən uğurlu enerji siyasəti Azərbaycanın güclü iqtisadiyyata və orduya sahib bir ölkəyə çevrilməsinə səbəb oldu. Uğurlu neft stratgiyası eyni zamanda işğal altında olan torpaqlarımızın işğaldan azad olmasının da təməlini qoydu.
Ümumilli lider “Əsrin müqaviləsi”ni imzalamaqla ilk növbədə Azərbaycanda siyasi, iqtisadi böhranın aradan qaldırdı, sabitliyi, siyasi, iqtisadi təhlükəsizliyi təmin etdi.Bu müqavilə dövlətin inkişafında və xalqımızın rifahının yüksəlməsində mühüm rol oynadı. Azərbaycanın bir dövlət kimi dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə əlverişli şərait yaratdı.
Ölkəmizdə cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğrulu enerji siyasəti nəticə etibarı ilə Azərbaycanın dünyada və beynəlxalq aləmdə nüfuznun artmasına, möhkəmlənməsinə, bu da öz növbəsində işğal altında torpaqlarımızın azad olunmasına gətirib çıxardı. Neft və qaz gəlirlərindən əldə edilən gəlirləri hesabəna təkcə iqtisadiyyatımı deyil, ordumuz dünyanən güclü ordularından birinə çevrildi.
Bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində böyük nailiyyətlər əldə edilib, arsenalını ən modern silah və hərbi texnika ilə zənginləşdirən güclü, peşəkar Azərabycan Ordusu formalaşıb. Məhz bunun nəticəsində ötən il 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan ordusu ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında faşist Ermənistanı üzərində tarixi Zəfər qazanaraq torpaqlaırmızı işğaldan azad edib.
Prezident İlham Əliyev dəfərlərlə bəyan edib ki, düşünülmüş iqtisadi siyasət və neft strategiyası nəticəsində Azərbaycanın bundan sonrakı inkişaf dövrü də uğurlu olacaq. Son olaraq onu deyə bilərik ki, Azərbaycanın indiyədək əldə edilən və bundan sonra da qazanılacaq yeni-yeni qələbələrin, uğurların kökündə “Əsrin müqaviləsi və uğurlu enerji siyasəti dayanır.