Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon ictimaiyyəti 27 Sentyabr “Anım Gününü” qeyd olunub.

27 sentyabr 2026 | 19:20

27 Sentyabr “Anım Günü” Kəlbəcər rayonunda hüzn və qürur hissi ilə qeyd olunmuşdur. Anım mərasimində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev,YAP  Kəlbəcər rayon  təşkilatının sədri  Həbib Misirov ,hüquq-mühafizə orqanlarının rəhbərləri Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə rəhbərləri, şəhid ailələri və qazilər, rayon ictimaiyyətinin nümayəndələri, rayon sakinləri iştirak etmişdir.

 

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və anım mərasiminin iştirakçıları əvvəlcə Göygöl rayon Murovdağ qəsəbəsində yerləşən Murovdağ Şəhidlər Xiyabanını və Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Kəlbəcər şəhidlərinin abidə kompleksini ziyarət etmişdir.

 

Anım mərasimində İcra Hakimiyyətinin başçısı hər iki abidənin önünə əklil qoymuşdur. Ziyarət əsnasında şəhid məzarlarının və şəhid adlarının yazıldığı lövhələrin üzərinə tər çiçəklər düzülmüş, şəhidlərimizin ruhuna dualar oxunmuşdur.

 

Tədbir çərçivəsində abidə kompleksində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə nümayəndələri, şəhid ailələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidlərin şəkillərindən ibarət sərgiyə baxış keçirilmişdir.

               

Daha sonra saat 12:00 da şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilərək, xüsusi avtomobillərdən fasiləsiz olaraq fit səsləndirilmişdir.

 Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tədbirə qatılan şəhid ailələri və qazilərlə görüşərək, onların qayğı və problemləri ilə maraqlanmışdır.

 

Allah şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun!

Keçidlər