Kəlbəcər rayon Mədəniyyət sarayında “Sarı Aşıqdan Aşıq Şəmşirə Azad Ruhlar İşığında” adlı tədbir keçirilib.
06 iyun 2024 | 17:10
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü, Kəlbəcər rayon İcra Hakimiyyətinin, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi Kəlbəcər rayon nümayəndəliyinin və “Aydınlar Ocağı” humanitar ictimai birliyinin təşkilatçılığı ilə Kəlbəcər rayon Mədəniyyət sarayında baş tutan tədbirdə, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, hüquq-mühafizə orqanlarının , idarə-müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, saz-söz sevərlər iştirak edib.
Əvvəlcə Ümumilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, daha sonra dövlət himni səsləndirilib.Tədbirdə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın aşıq sənətinə göstərdiyi diqqətdən, eyni zamanda klassik aşıq sənətinin ustadı, saz-söz sərrafı Dədə Şəmşirin yaradıcılığından söz açıb.
Daha sonra çıxış edən “Aydınlar Ocağı” humanitar ictimai birliyinin sədri Elxan Kərimov, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın eksperti Şahin Qədirov ölkəmizdə aşıq sənətinin inkişafından, Aşıq Şəmşirin yaradıcılığından və keçirilən tədbirin mahiyyətindən bəhs ediblər.
Tədbir aşıqların ifası ilə davam edib.