Kəlbəcər Rayon Polis Şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Əyyub Əhməd oğlu Hüseynov “Cüdo üzrə veteranlar arasında Azərbaycan çempionatı”nın gümüş mükafatçısı adını qazanıb
22 aprel 2026 | 16:08
Kəlbəcər rayon İcra Hakimiyyətinin kollektivi, Kəlbəcər Rayon Polis Şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Əyyub Hüseynovu təbrik edir, gələcək xidməti fəaliyyətində və növbəti yarışlarda yeni-yeni qələbələr arzulayır.
Qeyd edək ki, polis polkovnik-leytenantı Əyyub Hüseynov gənc yaşlarından idmana bağlılığı ilə seçilmiş, xüsusilə sambo idman növü üzrə dəfələrlə Azərbaycan çempionu olmuş, beynəlxalq turnirlərin qalibi və mükafatçısı adını qazanmışdır.






