Kəlbəcər rayon Yanşaq kənd sakini Şirinova Gültəkin Kamandar qızı qadın güləşi idman növü üzrə “U-20 dünya çempionatı”nın bürünc medalını qazanıb.
19 avqust 2022 | 10:27
Kəlbəcər rayon Yanşaq kənd sakini Şirinova Gültəkin Kamandar qızı qadın güləşi idman növü üzrə 50 kq çəki dərəcəsində Bolqarıstan Respublikasının Sofiya şəhərində keçirilən U-20 dünya çempionatında rəqibi polşalı Natalya Valçakaya cəmi 1dəqiqə 10 saniyə ərzində 10:0 hesabıyla qalib gələrək “U-20 dünya çempionatı”nın bürünc medalını qazanıb.
Qeyd edək ki, Gültəkin Şirinova 2019-cu ildə “Avropa Gənclər Olimpiya Festivalı”nın gümüş, 2022-ci ildə isə “U-23 Avropa çempionatı”nın bürünc mükafatçısıdır.İdmançımız məşqiçi Mehman Allahverdiyevin yetirməsidir.
Kəlbəcər rayon İcra Hakimiyyətinin kollektivi, idmançımızı qazandığı qələbə münasibəti ilə təbrik edir, gələcək yarışlarda uğurlar arzulayır.