Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayonu böyük coşqu ilə Zəfər bayramını qeyd etmişdir.

08 noyabr 2024 | 19:55
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Mircəlil Qasımlı, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, ziyalılar, şəhid ailələri, qazilər, veteranları, ictimaiyyət nümayəndələri və Kəlbəcər rayon sakinləri iştirak edib.
Bayram tədbirində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Zəfər günündən bəhs edən videoçarxa baxış keçirilib.
Tədbirdə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Mircəlil Qasımlı, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildiriblər ki, Şanlı tariximiz olan Zəfər Gününün ölkəmizin hər bir şəhərində,qəsəbəsində,kəndində böyük çoşqu,təntənə ilə sevinclə əsl bayram kimi qeyd olunur.Eyni zamanda vurğulanıb Müzəffər Ali Baş Komandanın, dövlətimizin başçısı cənab İlham Əliyevin uzun illərdən bəri apardığı uğurlu daxili və xarici siyasətin, yaratmış olduğu xalq-iqtidar-ordu bilrliyinin nəticəsi olaraq tarixi Zəfər qazanılmış və xalqımıza Zəfər Gününü qeyd etmək qismət olmuşdur.
Müzəffər Ali Baş Komandanın şəhid ailələrinə və qazilərə, Vətən müharibəsi iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söz açan natiqlər bildirmişdirlər ki, bu gündə hər zaman olduğu kimi bütün şəhid ailələri, qazilər veteranlar və xalqımız qüdrətli sərkərdəmizin yanındadır, onun “Dəmir yumruğ”u ətrafında birləşməyə hazırdırlar.Vurğulanıb ki, bu il Zəfər paradının Xankəndində keçirilməsi isə Müzəffər Ali Baş Komandanın Azərbaycan xalqına bəxş etdiyin ən gözəl xoşbəxtlikdir.
Daha sonra Kəlbəcər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi Polkovnik Zöhrab Camalov Vətən müharibəsi zamanı və sonrakı dövlərdə rayonun ictimai-siyasi həyatında fərqləndiyinə görə Kəlbəcər rayon İcra Hakimiyyətinin “Fəxri Fərman”ı ilə təltif edilib.Tədbir bədii hissə ilə davam edib.Tanınmış müəğnnilərin, Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərinin "Zəfər" gününə həsr olunan bayram konsertində ifa etdikləri vətənpərvərlik ruhunda müxtəlif musiqi nömrələri rayon sakinləri tərəfindən böyük maraqla qarşılanıb.
Keçidlər