Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayonunda 2 Fevral-Gənclər Günü qeyd edilib.

02 fevral 2024 | 14:08
Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, Kəlbəcər rayon Təhsil sektorunun müdiri Namiq Rəcəbov,Kəlbəcər rayon Gənclər və İdman sektorunun müdiri Musa Məmmədov, Vətən Müharibəsi qaziləri, iştirakçıları, rayonun idarə, müəssisələrində, hüquq-mühafizə orqanlarında çalışan fəal gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümumilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək, gül dəstələri düzüb.Daha sonra Dövlət Himni səslənib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və digər natiqlər 2 Fevral-Gənclər Günü münasibəti ilə ölkə gəncliyini təbrik edərək bildiriblər ki, Ümumilli Lider Heydər Əliyevin ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsində müstəsna xidmətləri, Azərbaycanda Dövlət Gənclər siyasətinin təməlini Ülu Öndər Heydər Əliyev qoyub.Eyni zamanda vurğulanıb ki, bu gün həmin uğurlu siyasi xətt dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı,siyasi varisi Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev tərəfindən uğurla aparılır.O da qeyd olunub ki, Azərbaycan gəncliyi daima Ulu Öndər yolu ilə irəliləyir, dövlət başçısı tərəfindən, Birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daima diqqət mərkəzində saxlanılaraq, hərtərəfli qayğı ilə əhatə olunub.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup gəncə Kəlbəcər rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunmuşdur.
Keçidlər