Kəlbəcər rayonunda 26 iyun Silahlı Qüvvələr Günü qeyd edilib.
26 iyun 2024 | 10:22
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi Polkovnik Zöhrab Camalov, idarə-müəssisə rəhbərləri, Vətən müharibəsi veteranları və qaziləri, çağırış yaşlı gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyulub əziz xatirəsi ehtiramla yad edilib. Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi Polkovnik Zöhrab Camalov, Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin Kəlbəcər rayon üzrə sektor müdiri Musa Məmmədov, Vətən müharibəsi qazisi Xəyyam Fətəliyev çıxış edərək bildirdilər ki, Azərbaycanda milli ordunun quruculuğu məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycan ordusu regionun və dünyanın ən güclü ordularından biridir. Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü qüvvəsinə çevrildi.
Yekunda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hər zaman bəyan edir ki, ordu quruculuğu sahəsində qazanılan nəailiyyətlərin bütün parametrlər üzrə daha da inkişaf etdirilməsi onun fəaliyyətində prioritet istiqamətlərdəndir. Ulu Öndərin arzusunu şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuzun və xalqımızın sarsılmaz birliyi nəticəsində doğma Qarabağımız düşmən işğalından azad edilib. Artıq 4 ildir ki, müstəqil Azərbaycan Zəfər Bayramını qürurla qeyd edir. Sonda tədbir iştirakçıları hərbi xidmətə yola düşəcək gənclərə öz xeyir-dualarını verdilər və uğurlu xidmət arzuladılar.