Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayonunda 27 Sentyabr-Anım Günü kədər və qürür günü kimi qeyd edilib.

27 sentyabr 2024 | 17:05

27 Sentyabr-Anım Günü ölkəmizin hər yerində olduğu kimi Kəlbəcər rayonunda da dərin hüzn və kədər, eyni zamanda isə qürur hissi ilə qeyd olunmuşdur. Anım mərasimində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri,idarə, müəssisə rəhbərləri, şəhid ailələri və qazilər, rayon ictimaiyyətinin nümayəndələri, rayon sakinləri iştirak etmişdir. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və anım mərasiminin iştirakçıları əvvəlcə Göygöl rayon Şəhidlər xiyabanını, Göygöl rayon Murovdağ qəsəbəsində yerləşən Murovdağ Şəhidlər Xiyabanını və Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Kəlbəcər şəhidlərinin abidə kompleksini ziyarət etmişdir. Anım mərasimində İcra Hakimiyyətinin başçısı hər üç abidənin önünə əklil qoymuşdur. Ziyarət əsnasında şəhid məzarlarının və şəhid adlarının yazıldığı lövhələrin üzərinə tər çiçəklər düzülmüş, şəhidlərimizin ruhuna dualar oxunmuşdur. Daha sonra saat 12:00 da şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilərək, xüsusi avtomobillərdən fasiləsiz olaraq fit səsləndirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tədbirə qatılan şəhid ailələri və qazilərlə görüşərək, onların qayğı və problemləri ilə maraqlanmışdır. Allah şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun!

Keçidlər