Kəlbəcər rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
05 oktyabr 2023 | 09:57
Kəlbəcər rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları öncə RİH-in inzibati binasında yerləşən Ulu öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzüb,əziz xatirəsinə ehtiramlarını bildiriblər. Akt zalında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.Ümumilli lider Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şərəfli peşə sahiblərinin cəmiyyətimizə və gələcəyimizə verdiyi töhfələrdən danışıb. Rayon rəhbəri hər il daha da inkişaf edən təhsilimizə göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.Qeyd olunub ki, müəllimlər şagirdlərə elm öyrətməklə yanaşı, həm də Vətən sevgisi, qəhrəmanlıq öyrədir.İcra başçısı son illər ölkəmizdə elmin, təhsilin inkişafı sahəsində görülən işlərdən, həyata keçirilən islahatlardan, dövlət proqramlarından və əldə olunan nailiyyətlərdən söz açıb.Vurğulanıb ki, dövlətimizin təhsil sahəsində göstərdiyi diqqət və qayğının nəticəsidir ki, ölkəmizdə ümumtəhsil məktəblərinin maddi-texniki bazası möhkəmləndirilir, müasir tələblərə cavab verən yeni təhsil ocaqları tikilib istifadəyə verilir, müəllim və şagirdlərə göstərilən qayğı gündən-günə daha da artır.Xüsusilə diqqətə çatdırılıb ki, məhz siz müəllimlərin milli ruhda yetişdirdiyiniz gənclər 44 günlük Vətən müharibəsində və antiterror əməliyatında düşməni diz çökdürərək ərazi bütövlüyümüzü bərpa etdi.Müəllimlərimiz öz yetişdirdiyi şagirdləri ilə cəbhədə savaşaraq qəhrəmancasına şəhid oldular.Allah cəmi şəhidlərimizə rəhmət eləsin.
Rayon rəhbəri onuda vurğulayıb ki, azad olunmuş digər rayonlarımız kimi dövlət başçısının tapşırığı ilə Kəlbəcər rayonundada Böyük qayıdışa start verilib, Kəlbəcər rayonunda şəhərin baş planı təsdiq edilib, kəndlərin təməli qoyulub, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mayın 27-də Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasının təməlqoyma mərasimində iştirak edib.Bu kəlbəcərlilərə və təhsilimizə göstərilən diqqətin bariz nümunəsidir.
Çıxış edən təhsil işçiləri Kəlbəcər müəllimləri adından Azərbaycan təhsilinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Yaradılan geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli və savadlı gənclər yetişdirəcəklərinə söz veriblər.
Sonda təhsilin inkişafındakı xidmətlərinə və rayonun ictimai-siyasi həyatındakı fəaliyyətlərinə görə bir qrup müəllimə fəxri fərman təqdim olunub.