Kəlbəcər rayonunda 8 noyabr – “Zəfər günü” qeyd edilib.
08 noyabr 2022 | 19:26
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Aqil Məmmədov, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, ziyalılar, şəhid ailələri, qazilər, veteranları, ictimaiyyət nümayəndələri və Kəlbəcər rayon sakinləri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Göygöl rayon Murovdağ qəsəbəsində Kəlbəcər şəhidlərinin dəfn edildiyi, Murovdağ şəhidlər xiyabanını və Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə inşa edilən Kəlbəcər şəhidlərinin Abidə Kompleksini ziyarət ediblər.Şəhidlərimizin məzarları üstünə və abidə önünə gül dəstələri qoyulub, əziz xatirələrini ehtiramla yad edib, ruhlarına dualar oxunub.
Daha sonra tədbir Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər Rayon Mədəniyyət Sarayının qarşısında 8 noyabr – “Zəfər günü” ilə əlaqədar "Zəfərin mübarək, Azərbaycan!" adlı bayram konserti ilə davam edib.