Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayonunda “8 noyabr –Zəfər günü”nün beşinci ildönümü təntənə ilə qeyd olunub.

08 noyabr 2025 | 21:49
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Mircəlil Qasımlı, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Ağsaqqallar şurasının sədri Aqil Məmmədov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzinin şöbə müdiri Aqil Əsədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib.
Əvvəlcə Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü ziyarət olunaraq, önünə gül dəstələri düzülüb.Eyni zamanda Göygöl rayon Murovdağ qəsəbəsində Kəlbəcər şəhidlərinin dəfn edildiyi, Murovdağ şəhidlər xiyabanı və Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə inşa edilən Kəlbəcər şəhidlərinin Abidə Kompleksini ziyarət edilib.Şəhidlərimizin məzarları üstünə və abidə önünə gül dəstələri qoyulub, əziz xatirələrini ehtiramla yad edib, ruhlarına dualar oxunub.
Daha sonra tədbir Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Kəlbəcər Rayon Mədəniyyət Sarayında davam edib. Bayram tədbirində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Zəfər günündən bəhs edən videoçarxa baxış keçirilib.
Tədbirdə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Mircəlil Qasımlı, Kəlbəcər rayon Ağsaqqallar şurasının sədri Aqil Məmmədov və İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov bildirib ki, Şanlı tariximiz olan Zəfər Gününün ölkəmizin hər bir şəhərində,qəsəbəsində,kəndində böyük çoşqu,təntənə ilə sevinclə əsl bayram kimi qeyd olunur.Eyni zamanda vurğulanıb Müzəffər Ali Baş Komandanın, dövlətimizin başçısı cənab İlham Əliyevin uzun illərdən bəri apardığı uğurlu daxili və xarici siyasətin yaratmış olduğu xalq-iqtidar-ordu bilrliyinin nəticəsi olaraq tarixi Zəfər qazanılmış və xalqımıza Zəfər Gününü qeyd etmək qismət olmuşdur.
Müzəffər Ali Baş Komandanın şəhid ailələrinə və qazilərə, Vətən müharibəsi iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söz açan natiqlər bildirmişdirlər ki, bu gündə hər zaman olduğu kimi bütün şəhid ailələri, qazilər veteranlar və xalqımız qüdrətli sərkərdəmizin yanındadır, onun “Dəmir yumruğ”u ətrafında birləşməyə hazırdırlar.Vurğulanıb ki, bu il Zəfərin beşinci ildönümünün keçirilməsi və rəşadətli Azərbaycan ordusunun paradı Müzəffər Ali Baş Komandanın Azərbaycan xalqına bəxş etdiyin ən gözəl xoşbəxtlikdir.
Daha sonra rayonun ictimai-siyasi həyatında fərqləndiyinə görə bir qrup şəxs Kəlbəcər rayon İcra Hakimiyyətinin “Fəxri Fərman”ı ilə təltif edilib.Tədbir bədii hissə ilə davam edib.Tanınmış müəğnnilərin, Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərinin "Zəfər" gününə həsr olunan bayram konsertində ifa etdikləri vətənpərvərlik ruhunda müxtəlif musiqi nömrələri rayon sakinləri tərəfindən böyük maraqla qarşılanıb.
Keçidlər