Kəlbəcər rayonunda Azərbaycan Polisinin yaradılmasının 104-cü ildönümü qeyd edilib.
02 iyul 2022 | 18:17
İyulun 2-də Azərbaycan Polisi yaranmasının 104-cü ildönümünü qeyd edir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.
Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Haxverdi Əkbərov, polis heyəti Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında Ümummilli liderin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və Kəlbəcər rayon İcra Hakimiyyətinin kollektivi, Azərbaycan Respublikasının daxili İşlər Naziri Cənab Vilayət Eyvazov başda olmaqla, bütün polis işçilərini peşə bayramları münasibətilə təbrik edir, dövətimizin sabitliyinin, insanların həyat və sağlamlığının, hüquq və azadlıqlarının qoruması işində Azərbaycan polisinə uğurlar arzulayır.
Qeyd edək ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət edilməsi, işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi ilə bağlı xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiyinə görə Kəlbəcər Rayon Polis Şöbəsinin rəis müavini polis polkovnik-leytenantı Quliyev Elşən Şahlar oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.