Kəlbəcər rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Tarix yazan əbədiyaşar lider” mövzusunda tədbir keçirilib.
19 oktyabr 2023 | 17:00
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, idarə-müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Gəncə şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Mərkəzin qarşısındakı Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, qarşısına gül dəstələri düzülüb. Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, Ümumilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətləri var.Ulu Öndər tarixin ən çətin zamanında xalqının imdadına yetərək xilaskarlıq missyasını öz üzərinə götürdü.Respublikamızın qarşılaşdığı ağır bir zamanda xalqın təkidi ilə yenidən ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardı və ardıcıl mübarizə apararaq onu həqiqi müstəqilliyinə qovuşdurdu.
Məhz Ulu Öndərin apardığı müdrik siyasət nəticəsində müstəqilliyimiz qorunub saxlanıldı, dövlətlə xalqın birliyi təmin edildi, bütün sahələrdə demokratik islahatlara başlanıldı, güclü dövlətin möhkəm təməli qoyuldu, bu günkü tarixi qələbəmizə zəmin yarandı.Onun özü qədər inandığı, siyası kursunun layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüz tam bərpa olunub, tarixi qələbə çalınaraq, ədalət zəfər çalıb.Azərbaycan dünyanın siyasi diqqət mərkəzində olmaqla, regionun lider dövlətinə çevrilibdir.
Daha sonra çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon su-kanal idarəsinin rəisi Şaban Qurbanov, Kəlbəcər rayon Gənclər və İdman sektorunun müdri Musa Məmmədov, Azərbaycan Texnologiya Universitetinin dekan müavini Hafiz Əsgərov və digərləri Ulu Öndərin həyat və fəaliyyətindən söz açaraq qeyd ediblər ki, Azərbaycanın adı Ulu Öndərlə qoşa çəkilir.Çünki ölkəmizdə elə bir sahə yoxdur ki, orada Ümumilli Liderin əməyi olmasın.Həmçinin vurğulanıb ki, Ulu Öndərin xalqımızın milli maraqlarına əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən inamla və qətiyyətlə həyata keçirilir. Mütərəqqi idarəçilik prinsipləri, özünün müdrik daxili və xarici siyasəti ilə dünyada böyük nüfuz sahibinə çevrilmiş Prezident İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifəni inamla icra edir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad olunması uğrunda əldə etdiyi tarixi qələbə xalqımızın yüz illər boyu apardığı haqq-ədalət mübarizəsinin təntənəsi idi.